Bu il sahibkarlıq subyektlərinə 54 mln. manatadək güzəştli kredit verilib

Bu il sahibkarlıq subyektlərinə 54 mln. manatadək güzəştli kredit verilib
# 25 iyul 2022 17:26 (UTC +04:00)

Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1384 layihənin maliyyələşdirilməsinə 53,9 mln. manat güzəştli kredit verilib.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir əlavə edib ki, kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə 96,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
“Verilən kreditlər 1379 yeni iş yerinin yaradılmasına imkan verir”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR