Bu il ticarət əməliyyatlarında özəl sektorun payı 12,7% azalıb

Bu il ticarət əməliyyatlarında özəl sektorun payı 12,7% azalıb
# 16 mart 2023 17:15 (UTC +04:00)

Bu il Azərbaycanın ticarət əməliyyatlarının həcmi 7 mlrd. 171 mln. 422,60 min dollar olub ki, bunun da sektorlar üzrə 27,49%-i dövlət sektorunun, 62,22%-i özəl sektorun, 10,29%-i isə fiziki şəxslərin payına düşür.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, bu, ötən ilə eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,62%, 74,92%, 9,46% olub.

Ölkə qrupları üzrə bölgülərə gəlincə, MDB ölkələri ilə əməliyyatların həcmi 31,60%, Aİ ölkələri ilə 21,93%, 46,47%-i isə digər ölkələrin payına düşür. Ötən ilin yanvar-fevral aylarında müvafiq olaraq bu rəqəmlər 28,60%, 15,51% və 55,89% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR