Bu ilin ikinci rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8,7% azalıb, xərcləri isə 17% artıb

Bu ilin ikinci rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8,7% azalıb, xərcləri isə 17% artıb
# 18 iyul 2019 16:56 (UTC +04:00)

Bu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 965,8 mln. manat icra olunub ki, bu da ötən ilin analoji rübü ilə müqayisədə 292,4 mln. manat və ya 5,7%, bu ilin birinci rübünə nisbətən isə 473,9 mln. manat və ya 8,7% azdır.

APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu ilin ikinci rübü üzrə (aprel-iyun) dövlət büdcəsinin xərcləri 5 891,8 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 775,5 mln. manat və ya 15,2%, çoxdur. Hesabat dövründə büdcə xərclərinin həcmi cari ilin birinci rübü ilə müqayisədə 855,9 mln. manat və ya 17% çoxdur.

Ümumiyyətlə, bu ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 10 405,5 mln. manat, xərcləri isə 15% artaraq 10 951,0 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR