Büdcə qaydası Neft Fondundan transfert və borcları tənzimləmək üçün dəyişir

Büdcə qaydası Neft Fondundan transfert və borcları tənzimləmək üçün dəyişir
# 24 dekabr 2021 13:25 (UTC +04:00)

Büdcə qaydası dəyişib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə ortamüddətli dövr ərzində hər büdcə ilinin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi qeyd olunan qaydaya əsasən müəyyən ediləcək yuxarı hədlərdən çox ola bilməz. Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı hədləri həmin dövr üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən xam neftin ixrac qiyməti əsasında hesablanacaq. Büdcə qaydasının dayandırılması barədə qərar qəbul edildikdə, icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ümumi daxili məhsula nisbətinin yuxarı həddi, habelə dövlət borcunun ümumi daxili məhsula nisbətinin yuxarı həddi yenidən hesablanacaq və müvafiq olaraq bu qərarların tətbiq olunduğu ildən başlayan ortamüddətli dövr üçün yenidən müəyyən ediləcək. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qeyd edək ki, qüvvədə olan “Büdcə sistemi haqqında” qanuna əsasən, növbəti il və sonrakı üç il üçün icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi bu maddəyə uyğun olaraq hesablanan icmal büdcə xərclərinin yuxarı həddindən artıq ola bilməz.

İcmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə aşağıdakı qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilir:

- dövlət büdcəsinin qeyri-neft gəlirləri;

- dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri;

- sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə ayırmaları istisna olmaqla, dövlət sosial müdafiə fondunun büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;

- dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqları istisna olmaqla, işsizlikdən sığorta fonduna işsizlikdən sığorta üzrə sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;

- xarici kreditlər üzrə daxilolmaların istifadə olunan hissəsi də daxil olmaqla, dövlət və icmal büdcələrin kəsirlərinin qanunla müəyyən edilmiş maliyyələşdirmə mənbələri hesabına daxilolmaları.

Növbəti büdcə ili üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin cari ilin müvafiq göstəricisindən az olması hədəflənir. Həmin nisbət göstəricisi cari ilin müvafiq göstəricisindən az olmadıqda, icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi növbəti il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin hədəf göstəricisinə uyğun azaldılır. . İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr üzrə hədəfləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddi hesablanarkən dövlət borcu, dövlət müəssisələrinin borcları (dövlət zəmanəti ilə və belə zəmanət olmadan alınan borclar da daxil olmaqla) nəzərə alınır və onun əsasında dövlətin və dövlət müəssisələrinin ortamüddətli dövrdə borcalma üzrə artım və məhdudlaşdırma hədəfləri müəyyən edilir. Büdcə qaydasının tətbiqinin dayandırılması halında icmal büdcənin xərcləri icmal büdcə xərclərinin yuxarı həddindən artıq olarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcə xərclərinin ortamüddətli dövrdə büdcə qaydası üzrə hesablanmış yuxarı həddə çatdırılması üzrə təkliflərini müəyyən olunmuş qaydada növbəti ilin büdcə zərfi daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanına (quruma) təqdim edir. Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edilib ki, qanun layihəsi büdcə qaydasının təkmilləşdirilməsi, onun icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, habelə ümumi dövlət borcunun ÜDM-ə nisbəti parametrləri əsasında müəyyən edilməsi məqsədilə hazırlanıb. Bu parametrlər Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfertin yuxarı hədlərini tənzimləmək və dövlət borcunun səviyyəsinin artmasının qarşısını almaq məqsədilə təklif olunub.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR