Büdcə-vergi siyasətinin əsas istiqamətləri və ortamüddətli dövr üçün fiskal hədəfləri açıqlanıb

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

© APA | Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

# 25 may 2022 15:05 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə-vergi siyasətinin əsas istiqamətləri və ortamüddətli dövr üçün fiskal hədəfləri açıqlayıb.
APA xəbər verir ki, Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, gəlirlər üzrə ümumi hədəflər aşağıdakılar olub:
- İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması məqsədilə büdcənin qeyri-neft gəlirlərinin artırılması, qeyri-neft ixracın coğrafiyasının və nomenklaturasının genişləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin icrasının davam etdirilməsi;
- Dövlət büdcəsinə daxilolmalar üzrə vahid nəzarət mexanizminin tətbiqinin genişlənməsi, kölgə iqtisadiyyatının azaldılması hesabına vergi daxilolmalarının artırılması, habelə vergi borclarının ödənilməsi istiqamətində əlverişli şəraitin yaradılmasının 2021-ci ildə yığımların əhəmiyyətli artımına səbəb olmasına nail olunması;
- rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, nağdsız hesablaşma və ödəniş alətlərindən istifadə səviyyəsinin yüksəldilməsi;
- dövlət əmlakının özəlləşdirilməsinin stimullaşdırılması və sərmayəçilərə daha əlverişli şəraitin yaradılmasına xüsusi önəmin verilməsi.
Tahir Mirkişili xərclər üzrə ümumi hədəflərın isə aşağıdakılardan ibarət olduğuğunu bildirib:
- Dövlət büdcəsi xərclərinin sosial yönümlülüyünün təmin edilməsi, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi;
- Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması məqsədilə səhiyyə sahəsində mövcud çağırışlar nəzərə alınaraq, müvafiq tədbirlərin maliyyələşdirilməsi;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması, şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan müharibə iştirakçılarının
sosial müdafiəsinin daha da gücləndirilməsi üçün maliyyə təminatının yaradılması;
- Ərzaq və su təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq təşviq mexanizmləri formalaşdırılması, içməli su ehtiyatlarının, kənd təsərrüfatının inkişafı üçün dayanıqlı su təchizatının yaradılması,
habelə suyun paylanması və qənaətli sərfiyyatını təmin edən məqsədli layihələrin maliyyələşdirilməsi;
- Əhalinin mənzilə olan tələbatının ödənilməsi məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin tikintisi, o cümlədən əlil və şəhid ailələri üçün evlərin tikintisi üçün müvafiq vəsaitin ayrılması;
- Xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsinin maliyyələşməsinin təmin edilməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR