DSMF-nin sərbəst vəsaitlərinin idarə olunmasına dair dəyişikliklər olacaq

DSMF-nin sərbəst vəsaitlərinin idarə olunmasına dair dəyişikliklər olacaq
# 06 iyun 2023 13:20 (UTC +04:00)

Cari ildən sərbəst vəsaitlərin idarə olunması ilə bağlı bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsaitin istifadə olunmamış hissəsinin təyinatı dəyişdirilib və işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına yönəldilib: “Bu da balanslaşdırma məqsədilə edilib. Cari ildən bu sahədə sərbəst vəsaitlərin idarə olunması ilə bağlı bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR