BVF: Azərbaycan daha çevik məzənnə rejiminə keçidi nəzərdən keçirilməlidir

BVF: Azərbaycan daha çevik məzənnə rejiminə keçidi nəzərdən keçirilməlidir
# 24 dekabr 2021 12:19 (UTC +04:00)

Azərbaycan ortamüddətli perspektivdə manatı daha çevik məzənnə rejiminə mərhələli keçidini nəzərdən keçirilməlidir.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir.

BVF qeyd edir ki, manatın dollara de-fakto sərt bağlılığı inflyasiyanın nəzarətdə saxlanmasında effektiv olub, lakin Azərbaycanın əsas ticarət tərəfdaşlarının daha çevik rejimlərə malik olması ölkəyə rəqabətqabiliyyətliliyini qorunmasında çətinliklər yaradır.

"Daha çevik məzənnə neft qiymətləri şoklarına uyğunlaşmanı asanlaşdıracaq, fiskal siyasətə düzəliş yükünü azaldacaq, iqtisadiyyatın diversifikasiyasına və bazarın inkişafına kömək edəcək. De-yure çevik məzənnə rejimi ilə de-fakto sərt bağlılıq arasındakı mövcud fərq və inflyasiya hədəflənməsi siyasəti üzrə kommunikasiyanın formalaşdırılması monetar siyasətin etibarlılığı üçün risklər yaradır və bu problem həll edilməlidir", - sənəddə deyilir.

Fondun ekspertlərinin fikrincə, xarici mövqe ortamüddətli əsaslara və arzu olunan siyasətlərə uyğun səviyyədən əhəmiyyətli dərəcədə zəif hesab olunur.

Qeyd edək ki, sabit məzənnə rejimi çərçivəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 2018-ci ilin əvvəlindən 1,7 manat səviyyəsində sərt bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR