BVF Azərbaycan üçün neftin itkisiz qiymətini açıqlayıb - PROQNOZ

BVF Azərbaycan üçün neftin itkisiz qiymətini açıqlayıb - PROQNOZ
# 28 aprel 2022 16:12 (UTC +04:00)

Azərbaycan üçün 2022-ci ildə bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price – red.) 41,6 ABŞ dolları təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir. Bu, keçən ilin oktyabr ayındakı proqnoz ilə müqayisədə 24,5 dollar azdır.

Bildirilib ki, 2023-ci ildə Azərbaycan üçün neftin itkisiz qiyməti 51,8 dollar təşkil edəcək.

Qeyd edək ki, "itkisiz qiymət" səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR