BVF Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

BVF Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib
# 27 mart 2023 11:40 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, Fond bu il Azərbaycanda real ümumdaxili məhsulun artımını 2,5% proqnozlaşdırıb.

Beynəlxalq Valyuta Fondu həmçinin, bu il üzrə Azərbaycanda inflyasiyanın 10,8% civarında gözlənildiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl BVF Azərbaycanın yerləşdiyi Orta Şərq və Mərkəzi Asiya regionunun iqtisadi artım proqnozunu 5,3%-dən 3,2%-ə kimi endirdiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR