BVF Azərbaycandakı antiinflyasiya tədbirləri barədə məlumatlandırılıb

BVF Azərbaycandakı antiinflyasiya tədbirləri barədə məlumatlandırılıb
# 01 iyun 2022 15:15 (UTC +04:00)

İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Çad Steynberqlə görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanda həyata keçirilən antiinflyasiya tədbirləri, Milli Prioritetlər, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyası, dövlət müəssisələrində idarəetmənin, həmçinin sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər Azərbaycanın makroiqtisadi göstəriciləri və qarşıdakı dövr üçün proqnozlar, aparılan islahatlar, qlobal çağırışların iqtisadiyyata təsirləri barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR