BVF Azərbaycanın cari hesabında ÜDM-in 37%-i həcmində profisit gözləyir

BVF Azərbaycanın cari hesabında ÜDM-in 37%-i həcmində profisit gözləyir
# 19 aprel 2022 17:14 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 37,2%-i həcmində profisit gözləyir.

"APA-Economics"in fondun "World Economıc Outlook" hesabatının aprel buraxılışına istinadən verdiyi məlumata görə, 2023-cü ildə bu göstəricinin ÜDM-in 28,5%-nə qədər daralacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Asiya İnkişaf Bankının son proqnozlarına görə, bu il ölkənin cari hesabının profisitinin ÜDM-də xüsusi çəkisi 20,2%-dək artacaq. Dünya Bankının proqnozuna görə isə bu göstərici ÜDM-in 23%-nə qədər çatacaq.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8,292 mlrd. ABŞ dolları və ya ÜDM-in 15,2%-ni təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilə nəzərən 2,8 dəfə artaraq 14 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 7,7% artaraq 5,7 mlrd. dollar məbləğində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR