BVF Azərbaycanla növbəti məsləhətləşmələrin vaxtını açıqlayıb

BVF Azərbaycanla növbəti məsləhətləşmələrin vaxtını açıqlayıb
# 07 yanvar 2022 15:45 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələri ("2022 Article IV Consultation") bu ilin ortasında aparmağı planlaşdırır.

Bunu "APA-Economics"ə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.

BVF-nin nizamnaməsinin IV maddəsi üzrə sonuncu məsləhətləşmələr ötən il aparılıb və dekabrda yekun hesabat dərc olunub.

Qeyd edək ki, IV maddəyə Azərbaycan iqtisadiyyatının bütün sahələrində icmalın aparılması və sonradan ölkə hökumətinə təklif və tövsiyələrin verilməsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR