BVF inkişafda olan ölkələri xəbərdar edib

BVF inkişafda olan ölkələri xəbərdar edib
# 10 yanvar 2022 10:06 (UTC +04:00)

İnkişaf etməkdə olan ölkələr ABŞ-da əmək bazarında yeni iş yerlərinin açılmasının gözləniləndən daha yüksək artımı fonunda FED-in faiz dərəcələrini artıracağına hazırlaşmalıdır.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) açıqlamasında deyilir.

BVF-yə görə, monetar siyasət çərçivəsində ABŞ-ın maliyyə requlyatorunun gözlənildiyindən daha sürətli addımları maliyyə bazarlarını sarsıda, həmçinin kapitalın xaricə axınına və inkişaf etəmkdə olan ölkələrdə (üzə məzənnə halında) valyutanın ucuzlaşmasına səbəb ola bilər. Sözügedən ssenari ABŞ-da geniş əsaslı əməkhaqqı inflyasiyası və ya davamlı təchizat problemləri fonunda daha sürətli inflyasiya üçün gözləntilərin gücləndiyi halda baş verə bilər.

Lakin ABŞ-ın monetar siyasətinin tədricən sərtləşdirilməsi, çox güman ki, inkişaf etməkdə olan bazarlara az təsir göstərəcək. Belə ki, xarici tələb artan maliyyə xərclərinin təsirini kompensasiya edəcək.

BVF qeyd edib ki, yüksək dövlət və özəl borcu, yüksək valyuta volatilliyi riskləri və aşağı cari əməliyyatlar balansına malik inkişaf etməkdə olan ölkələr artıq dollara qarşı valyutalarının ucuzlaşmasını hiss edib. Fond tövsiyə edir ki, yüksək inflyasiya təzyiqləri olan ölkələr valyutalarının dollara qarşı ucuzlaşmasına imkan yaratmalı və faiz dərəcələrini artırmalıdır.

Xatırladaq ki, "Goldman Sachs"a görə, FED bu il faiz dərəcələrini bir neçə dəfə artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR