BVF: Prudensial yumşaltmanın ləğvi üçün məqsədyönlü plan lazımdır

BVF: Prudensial yumşaltmanın ləğvi üçün məqsədyönlü plan lazımdır
# 24 dekabr 2021 11:45 (UTC +04:00)

Azərbaycana COVID-19 pandemiyasına cavab olaraq, tətbiq edilən müstəsna prudensial yumşaltmaları ləğv etmək üçün məqsədyönlü və vaxta bağlı plan lazımdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir.

Sözügedən tədbirlərin vaxtından əvvəl dayandırılması nəticəsində bankların dayanıqlığının üzləşdiyi risklər və kredit keyfiyyəti ilə bazar intizamına təxirə salmasının gecikdirilməsindən yaranan riskləri balanslaşdırmalıdır.

BVF-nin İcraiyyə Şurası əmanətlərin sığortalanmasının məhdud zəmanət proqramı ilə əvəzlənməsini və dövlətin maliyyə sabitliyinin təhlili potensialının təkmilləşdirilməsi səylərini alqışlayır. Fond ortamüddətli perspektivdə həm kreditorların risk götürmə fəaliyyətlərinə, həm də borcalanların kredit riskinə maliyyə nəzarətinin gücləndirilməsi maliyyə sabitliyini təmin etmək və maliyyə əlçatanlığını yaxşılaşdırmaq üçün zəruri sayır.

Xatırladaq ki, COVID-19 pandemiyası dövründə Azərbaycan Mərkəzi Bankı pul siyasətini həm kəmiyyət, həm də dəyər baxımından yumşaldıb, bir sıra makroprudensial güzəştlər tətbiq edib və prudensial normativləri sadələşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR