“Capıtal Partners İnvestisiya Şirkəti” 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” investisiya şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə şirkət 6 min 688 manat xalis zərər açıqlayıb. 2021-ci ildə investisiya şirkəti 13 min 683 manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 25.3 min manat, investisiya fəaliyyətindən gəlirləri isə 15 min manat təşkil edib. İnzibati və sair əməliyyat xərcləri(47 min 331 manat) şirkətin ümumi gəlirlərini üstələdiyinə görə investisiya şirkəti ötən il zərərlə üzləşib.
2022-ci ildə “Capıtal Partners İnvestisiya Şirkəti”nin cəmi aktivləri əvvəlki illə müqayisədə 2.3 dəfə artaraq 596.4 min manat, cəmi öhdəlikləri isə 78% artaraq 59.2 min manat təşkil edib.
2023-cü ilin yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 537.1 min manat olub ki, bu da illik müqayisədə 2.4 dəfə çoxdur.