Cari ilin 10 ayında əsas kapitala yönəldilmiş vəsait açıqlanıb

Cari ilin 10 ayında əsas kapitala yönəldilmiş vəsait açıqlanıb
# 21 noyabr 2022 16:23 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 11.774,5 mln. manat olub.

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3% artaraq 3.082,0 mln. manat təşkil edib. Qeyri neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur”, - deyə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR