Çeklərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum ləğv edilir

Çeklərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum ləğv edilir
# 22 noyabr 2022 14:01 (UTC +04:00)

Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələrinin əhatə dairəsi azaldılır.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət rüsumunun tutulmalı olduğu hərəkətlər azaldılır.

Belə ki, depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatına alınması üçün tutulan 1500 manat və çeklərin dövlət reyestrinə daxil edilməsi üçün (hər bir çek kitabçası üçün) tutulan 2 manat rüsumun ləğv edilməsi təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR