Çin iqtisadiyyatı son 32 ildə ilk dəfə geri qala bilər

Çin iqtisadiyyatı son 32 ildə ilk dəfə geri qala bilər
# 04 oktyabr 2022 13:31 (UTC +04:00)

Çin iqtisadiyyatında artım tempi 2022-ci ilin yekunlarına görə, 1990-cı ildən etibarən ilk dəfə digər Şərqi Asiya ölkələrindən geri qala bilər.

APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankının proqnoz hesabatında qeyd olunur.

Hesabatda həmçinin bildirilir ki, Çin iqtisadiyyatında artım tempinin yavaşlamasına səbəb, ölkə rəhbərliyinin koronavirusa qarşı şiddətli mübarizə siyasətinin davam etməsidir. Nəticədə, ölkənin faktiki olaraq bağlanması və şəhərlərdə lokdaun vəziyyətinin davam etməsi müşahidə olunur.

Dünya Bankının hesablamalarına görə, dünyanın ikinci iqtisadiyyatı olan Çinin ÜDM-nin 2022-ci ildə 2,8% artım göstərəcəyi gözlənilir. Bu da, regionun digər 23 ölkəsinin analoji periodda gözlənilən 5,3%-lik orta iqtisadi artım tempindən kifayət qədər aşağıdır.

Xatırladaq ki, Çin iqtisadiyatında artım tempinin yavaşlayacağı Dünya Bankı ilə yanaşı bir qədər əvvəl yayımlanan Asiya Yenidənqurma və İnkişaf Bankının (AYİB) proqnozlarında da yer alıb. Belə ki, AYİB proqnozlarında dəyişikliyə gedib və 2022 və 2023-cü ildə Çin iqtisadiyyatının müvafiq olaraq 5 və 4,8% artması yerinə, 3,3 və 4,5% artacağını ehtimal edib.

Cavid Əzimov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR