Çin ötən il rekord həcmdə birbaşa xarici investisiya cəlb edib

Çin ötən il rekord həcmdə birbaşa xarici investisiya cəlb edib
# 15 yanvar 2022 16:47 (UTC +04:00)

Materik Çinin (Honkonq və Makao istisna – red.) iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2021-ci ildə əvvəlki illə müqayisədə 14,9% artaraq rekord səviyyəyə – 1,15 trln. yuana çatıb.

"APA-Economics"in Sinhua agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Ticarət Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, dollar ifadəsində isə bu rəqəm 20,2% artaraq 173,48 mlrd. dollar olub.

Xidmət sektoruna xarici investisiya axını yerli valyutada 16,7%, yüksək texnologiyalar sektoruna isə 17,1% artıb.

ASEAN ölkələri və "Kəmərlər və yollar" boyunca yerləşən dövlətlər Çin iqtisadiyyatına birbaşa investisiyaları müvafiq olaraq 29% və 29,4% artırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR