Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb

Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
# 28 sentyabr 2022 20:56 (UTC +04:00)

Çin yuanının dollar qarşısında dəyəri ABŞ Federal Ehtiyat Sisteminin (FED) son faiz artımından sonra ucuzlaşıb.

APA xəbər verir ki, dollar-yuan valyuta səbəti ilk dəfə olaraq psixoloji həddi keçib.

Çin pul bazarlarında bu gün bir dollar 7,2458 yuan səviyyəsində müəyyən olunub.

Bu 2008-ci ilin yanvarından bu yana ən aşağı göstəricidir.

Çin yuanı FED-in 21 sentyabrda etdiyi son faiz artımından sonra son bir həftədə 3 faiz dəyər itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR