Çinin fyuçers bazarında ticarətin həcmi 91 trln. dolları ötüb

Çinin fyuçers bazarında ticarətin həcmi 91 trln. dolları ötüb
# 10 yanvar 2022 14:41 (UTC +04:00)

Ötən il Çin Xalq Respublikasının fyuçers bazarında əməliyyatların məcmu dəyəri 32,8% artaraq 581,22 trln. yuana (91,24 trln. dollar) çatıb.

"APA-Ecoinomics"in "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çin Fyuçers Assosiasiyasının açıqlamasında deyilir.

Qeyd olunur ki, ticarət əməliyyatların həcmi 22,1% artaraq 7,5 mlrd. lotu ötüb.

Bununla yanaşı, dekabrda ticarət dövriyyəsi illik müqayisədə 18,8% azalaraq 44,74 trln. yuana (7 mln. dollar) düşüb. Noyabr ayı ilə müqayisədə bu göstərici 11,9% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR