Çörəkçilik mayaları idxal gömrük rüsumundan azad edilib

Çörəkçilik mayaları idxal gömrük rüsumundan azad edilib
# 12 may 2022 19:12 (UTC +04:00)

Maya kulturaları, quru maya, həb, kubik şəklində və ya analoji formada, və ya ilkin qablaşdırılmalarda netto çəkisi 1 kq-dan çox olmayan qeyri-aktiv mayalar, hazır çörəkçilik tozları 15 faiz idxal gömrük rüsumundan azad edilib.

APA xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR