Daşınmaz əmlakın icbari sığorta bazarı 16% kiçilib

Daşınmaz əmlakın icbari sığorta bazarı 16% kiçilib
# 28 yanvar 2023 12:55 (UTC +04:00)

2022-ci ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı yığımların həcmi 53 mln. 979 min manat olub.

APA-Economics” Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ildə bu sığorta növü üzrə yığımlar 15.8% və ya 8 mln. 522 min manat azalıb.

Halbuki, 2021-ci ildə daşınmaz əmlakın icbari sığortasından 62 mln. 502 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin həcmi 1 mln. 95 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 75% və ya 823.9 min manat azalma deməkdir. 2021-ci ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 1 mln. 919 min manata bərabər olub.

Sığorta yığımları ilə yanaşı ödənişlərinin azalması sığorta zərərliliyinin azalmasına səbəb olub. Belə ki, 2021-ci ildə sığorta zərərliliyi 3% olduğu halda, 2022-ci ildə bu göstərici 2%-ə bərabər olub.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR