Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 49% artıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 49% artıb
# 28 mart 2023 13:19 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığorta yığımları 13 milyon 519.5 min manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49% və ya 4 milyon 445.3 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında 9 milyon 74.2 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərinin həcmi 249.4 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2.4 dəfə və ya 144.9 min manat çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 104.5 min manata bərabər olub.

Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə daşınmaz əmlakın icbari sığortası üzrə zərərliliyi 56.5% artırıb. Belə ki, ötən ilin ilk iki ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 1.15 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk iki ayında bu rəqəm 1.8 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR