“Daşkəsən Dəmir Filiz” 12,4 milyon manatlıq tenderin qalibini açıqlayıb

“Daşkəsən Dəmir Filiz” 12,4 milyon manatlıq tenderin qalibini açıqlayıb
# 20 iyul 2022 09:41 (UTC +04:00)

“Daşkəsən Dəmir Filiz” MMC geoloji kəşfiyyat, topoqrafik planlama, hidrogeoloji və geotexniki monitorinq tədqiqatlarının aparılması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

"APA-Economics" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azdağmədənistismar” QSC seçilib.

“Daşkəsən Dəmir Filiz” qalib şirkətlə 12,4 milyon manat həcmində müqavilə imzalayıb.

Qeyd edək ki, “Daşkəsən Dəmir Filiz” “AzerGold” QSC-nin törəmə şirkətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR