Deputat bağçaların yoxlanılmasını təklif edib

Deputat bağçaların yoxlanılmasını təklif edib
# 26 aprel 2022 12:47 (UTC +04:00)

“Dövlət tərəfindən məktəbəqədər təhsil müəssisələri tikilir”.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu təhsil müəssisələrinin fəaliyyətində səmərəlilik tam olaraq təmin edilməyib: “Hər bir uşaq bağçasında 12 qrup fəaliyyət göstərməli olsa da, burada 8 qrup fəaliyyət göstərir. Nəticədə bizim uşaqlarımız bu təhsil müəssisələrindən istifadə edə bilmir. Hesablama Palatasının sədrindən xahiş edirəm ki, Təhsil Nazirliyi ilə hər hansı auditin keçirilməsi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin təmin edilməsi üçün onlara lazımi tövsiyələr versin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR