DGK xətti ilə büdcə daxilolmaları 34% artıb

DGK xətti ilə büdcə daxilolmaları 34% artıb
# 08 sentyabr 2022 09:49 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 767 060,8 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,8% artaraq 905 770,7 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 41,8% artaraq 2 712 874,7 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk səkkiz ayında daxilolmalar 0,06% azalaraq 106 325,8 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 42 089,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 49,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR