Dmitri Pankin: "Rusiya-Ukrayna müharibəsi Qara Dəniz Ticarət və İnkişaf Bankını çətin duruma salıb"

Dmitri Pankin: "Rusiya-Ukrayna müharibəsi Qara Dəniz Ticarət və İnkişaf Bankını çətin duruma salıb"
# 23 iyun 2022 13:31 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsi Qara Dəniz Ticarət və İnkişaf Bankını çətin duruma salıb.

"APA-Economics“ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankin deyib.

O bildirib ki, 2021-ci il QDTİB üçün uğurlu olub: "Portfelimiz, maliyyə göstəricilərimiz əhəmiyyətli dərəcədə artıb. Amma 2022-ci il bir qədər çətin olacaq. Çünki həm Ukraynada, həm də Rusiyada böyük portfelimiz var. Ona görə də, üzvlərimizlə 2022-ci il üzrə strategiyamızı müzakirə etməliyik. Bankın yeni rolu nə olacaq, hansı xidmətləri təklif edə bilərik, hadisələrin inkişafı ilə mandatımızı yerinə yetirəcəyik".

D. Pankin əlavə edib ki, bugünkü toplantıda QDTİB-nin 2022-ci il üzrə strategiyası ilə yanaşı, təşkilati və daxili strukturla bağlı məsələləri müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR