Dövlət Agentliyi 1,8 mln. manatlıq tenderlərin nəticəsini açıqlayıb

Dövlət Agentliyi 1,8 mln. manatlıq tenderlərin nəticəsini açıqlayıb
# 05 iyul 2022 09:59 (UTC +04:00)

Dövlət Məşğulluq Agentliyi ümumi dəyəri 1,8 milyon manat olan dörd tenderə yekun vurub.

APA-Economics” vahid dövlət elektron satınalmaları portalına istinadən xəbər verir ki, özünüməşğulluq proqramına cəlb olunacaq şəxslərə təlimlərin keçirilməsi xidməti üzrə "GRAVITY INC." MMC ilə 619 min manat dəyərində müqavilə imzalanıb.

Agentlik mebel və digər inventarların satın alınmasına 106 min manat (qalib şirkət "İDEAL OFFİCE" MMC), mikroavtobus və yük avtomobilin alınmasına (qalib şirkət "YENİMOTOR" MMC) 139,5 min manat, anbar xidmətlərinin satın alınmasına isə 954 min manat xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR