Dövlət büdcəsinə vergi daxilolmaları 4 mlrd. manata yaxın artıb

Dövlət büdcəsinə vergi daxilolmaları 4 mlrd. manata yaxın artıb
# 12 avqust 2022 11:21 (UTC +04:00)

2022-ci ilin yanvar-iyul aylarında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 9,2 milyard manat vergi daxil olub.

"APA-Economics" DVX-yə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 8,7 % çoxdur. Ötən ilin eyni dövrünə nisbətən isə vergi daxilolmaları 73,2 % və ya 3,9 milyard manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manat olub( proqnoza 101,1 % əməl edilib).

Qeyd edək ki, dövlət büdcəsinə proqnozdan əlavə 56,8 milyon manat vəsait daxil olub. 2021-ci ilin eyni dövrünə nisbətən bu sektor üzrə vergi daxilolmaları 35,9 % və ya 1,4 milyard manat çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR