Dövlət büdcəsinin profisiti 1,2 milyard manatdan çox olub

Dövlət büdcəsinin profisiti 1,2 milyard manatdan çox olub
# 05 iyul 2022 15:42 (UTC +04:00)

2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 14205,5 milyon manat, xərcləri isə 12936,6 milyon manat olub. Bu da müvafiq olaraq ötən ilin eyni dövrünə nisbətən 20,8% və 11,6% çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, dövlət büdcəsinin artıqlığı (profisiti) 1268,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR