Dövlət büdcəsinin sosialyönümlü xərcləri 13,5% artıb

Dövlət büdcəsinin sosialyönümlü xərcləri 13,5% artıb
# 05 iyul 2022 15:29 (UTC +04:00)

Dövlət büdcəsinin cari ilin ilk altı ayında sosialyönümlü xərcləri 5799,8 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 688 milyon manat və ya 13,5 faiz çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu rəqəm dövlət büdcəsinin faktiki xərclərinin 44,8 faizini (2021-ci illə müqayisədə 0,7 faiz-bənd çox) təşkil edib.

Qeyd edək ki, dövlət büdcəsinin sosialyönümlü xərcləri dedikdə iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR