Dövlət Neft Fondunun investisiyalarla bağlı büdcədənkənar xərcləri məlum olub

Dövlət Neft Fondunun investisiyalarla bağlı büdcədənkənar xərcləri məlum olub
# 10 iyun 2022 13:05 (UTC +04:00)

İnvestisiya portfelinə daxil olan valyutaların dəyər itirməsi Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) büdcədənkənar xərclər yaradıb.

APA xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”də bildirilib.

Belə ki,Fondun investisiya portfelinin valyuta tərkibinə daxil olan bir sıra valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə dəyər itirməsi, eyni zamanda qızıl alt portfeli üzrə qiymət dəyişimi nəticəsində Fondun büdcədənkənar xərcləri yaranıb.

2021-ci il ərzində ARDNF-nin investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə 1 646,6 milyon manat, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə isə büdcədənkənar xərclər 472,8 milyon manat təşkil edib. Bununla yanaşı, Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri (qızıl daxil olmaqla) 1 246,6 milyon ABŞ dolları təşkil edib.

ARDNF-nin avro portfeli üzrə zərəri 710,7 mln. ABŞ dolları, TRY üzrə 138,4 mln. ABŞ dolları, JPY üzrə isə 70,1 mln. ABŞ dolları olub. Nəticə etibarı ilə Fond hesabat ilini 4 603,0 mln. manat və ya 2 707,6 mln. ABŞ dolları profisitlə başa vurmasına baxmayaraq, büdcədənkənar xərclərin hesabına (2707,6 mln. ABŞ dolları – 1 246,6 mln. ABŞ dolları) Fondun vəsaiti ilin əvvəlinə nisbətdə 1 460,8 mln. ABŞ dolları artaraq 45 025,1 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR