Dövlət qurummlarında 869 milyon manat vəsaitin silinə biləcəyi aşkarlanıb

Dövlət qurummlarında 869 milyon manat vəsaitin silinə biləcəyi aşkarlanıb
# 20 aprel 2022 13:26 (UTC +04:00)

“Hesablama Palatasının maliyyə hesabatlarında aşkarladığı pozuntuları iki yerə bölmək olar. Bura əhəmiyyətli və mühasibat prinsiplərinə əməl olunmaması ilə bağlı pozuntular daxildir”.

APA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib

Vüqar Gülməmmədov qeyd edib ki, əhəmiyyətli pozuntulara xərc edilmiş vəsaitlərin müqabilində əldə olunmuş aktivlərin maliyyə hesabatlarında tanınmamasını aid edirlər: “Bunun əsas vəsait, aktiv kimi tanınmaması gələcəkdə onun çox rahat surətdə cari xərclərə silinməsinə səbəb ola bilər. Bu barədə bizim Hesablama Palatasının Kollegiya qərarı var. Bu hallara ayrı-ayrı təşkilatlarda yol verilib. Söhbət 869 milyon manatlıq aktivdən gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR