Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları aşkarlanıb

Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları aşkarlanıb
# 20 aprel 2022 11:46 (UTC +04:00)

“Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları aşkarlanıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, hesabat ilində dövlət satınalmaları sahəsində nəzarət obyektlərinin nizamnamə ilə müəyyən edilmiş işləri kənar qurumlar vasitəsilə həyata keçirilməsi aşkarlanıb: “Dövlət satınalmalarının əhatə dairəsi genişlənməli, satınalmaların planlaşma hissəsinin əhatəliliyi artırılmalıdır. Dövlət satınalmaları sahəsində şəffaflığın artırılmasına ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR