Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 18,6% artıb

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 18,6% artıb
# 13 iyun 2022 16:58 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,81 mlrd. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% və ya 285,1 mln. manat artıb.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, daxilolmalar üzrə proqnoz 157,65 mln. manat artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq 1,15 mlrd. manat təşkil edib, proqnoz 119,7% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% artaraq 62,64 mln. manat olub, proqnoz 115,1% icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 20,5% artaraq 46,2 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnoz 125,6% icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR