Dövlət Vergi Xidməti vasitəsilə büdcə daxilolmaları proqnozu 1.530 mlrd. manat artırılıb

Dövlət Vergi Xidməti vasitəsilə büdcə daxilolmaları proqnozu 1.530 mlrd. manat artırılıb
# 02 iyun 2023 11:15 (UTC +04:00)

2023-cü ildə dövlət büdcəsinə Dövlət Vergi Xidməti (DVX) xətti ilə ilkin olaraq 13 milyard 402 milyon manatın təmin ediləcəyi nəzərdə tutulmuş, yenidən baxılma zamanı bu məbləğ 1 milyard 530 milyon manat artırılaraq 14 milyard 932 milyon manata çatdırılıb.

APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edək ki, bu artımın 87,5%-nin və ya 1338,8 mln. manatının hüquqi şəxslərin mənfəət vergisi və Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi hesabına təmin ediləcəyi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR