Dövlət Xidməti istehlakçıların aldadılması ilə bağlı pozuntular aşkar edib

Dövlət Xidməti istehlakçıların aldadılması ilə bağlı pozuntular aşkar edib
# 22 iyul 2022 18:16 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2022 - ci ilin birinci yarımilliyində istehlakçılar tərəfindən daxil olan 2977 müraciətə baxılıb.

Bu barədə "APA-Economics"ə qurumdan bildirilib. Məlumata görə, müraciətlərin əksəriyyəti, malların (iş və xidmətlərin) qüsurlu və keyfiyyətsizliyi barədə olub. İstehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılması, müqavilə şərtlərinin pozulması, istehlakçılara zəruri və düzgün məlumatların verilməməsi də daxil olan müraciətlər sırasındadır.

Dövlət Xidmətinə bu dövrdə daxil olmuş müraciətlərin 1185-i təmin olunub, 1041 müraciətlə bağlı izahat və tövsiyə verilib. 392 müraciət üzrə isə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, müraciətlər əsasında 169.286 manat istehlakçılara qaytarılıb,15.080 manat dəymiş ziyan ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR