Dövlət zəmanətli kreditlərin əldə edilməsi üçün tələbat 1,7 mlrd. manat təşkil edib

Dövlət zəmanətli kreditlərin əldə edilməsi üçün tələbat  1,7 mlrd. manat təşkil edib
# 28 yanvar 2022 12:10 (UTC +04:00)

Pandemiyadan zərər çəkmiş sahələrə dövlət zəmanəti ilə kreditlərin verilməsi üzrə 30 iyun 2020-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinədək 500 mln. manat bank kreditindən 300 mln. manatadək kreditə dövlət zəmanətinin verilməsi, eyni zamanda kreditlər üzrə faiz xərclərinin 10 faiz bəndinədək dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulub.

"APA-Economics" xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev Fondun fəaliyyətinin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, proqram çərçivəsində dövlət zəmanətli kreditlərin əldə edilməsi üçün ümumi kredit tələbatı 1,7 mlrd. manat olan 6 940 müraciət daxil olub.

"Daxil olan müraciətlərdən 2 630 müraciət üzrə 499,8 mln. manat zəmanətli kredit verilib. Verilən kreditlərin sayı üzrə 99,4%, məbləğ üzrə 91,7% sahibkarlıq subyektlərinin payına düşüb", - deyə O. Xaliyev qeyd edib.

O, həmçinin, əlavə edib ki, 31 dekabr 2021-ci il tarixə ödənilən subsidiyaların məbləği 15,3 mln. manat təşkil edib.

"Subsidiyaların ödənişi kreditlərin müddəti ərzində davam etdiriləcək və ümumi proqnozlaşdırılan subsidiya ödənişi 55 mln. manat üzərində olacaq", - deyə O. Xaliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR