DSMF-nin gəlirləri 11,73 faiz artır

Dövlət Sosial Müdafiə Fondu

© APA | Dövlət Sosial Müdafiə Fondu

# 01 noyabr 2022 12:57 (UTC +04:00)

Gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6263,97 milyon manat proqnozlaşdırılır.

APA xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.

Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən (2022-ci ilin əvvəlinə fondun xəzinə hesablarında qalmış 570, 07 milyon manat maliyyə ehtiyatları nəzərə alınmadan) 657, 70 milyon manat və ya 11,73 faiz çoxdur. Fondun 2023-cü il üzrə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin həcminin 4783, 6 milyon manat və ya ümumi gəlirlərin 76,37 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır. Bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz məbləği göstərici ilə müqayisədə 9,67 faiz və ya 421,9 milyon manat çoxdur.

2023-cü ildə dövlət büdcəsindən ayrılmaların (transfertin) məbləğinin proqnozu 1467,77 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq olunmuş proqnozundan 235,80 milyon manat və ya 19,4 faiz çoxdur.

Fondun 2023-cü ildə xərcləri 6263,97 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 657,7 milyon manat və ya 11,73 faiz çoxdur. Növbəti il üçün fondun balanslaşdırılmamış büdcəsi isə 7204,15 milyon manat və ya proqnozlaşdırılmış xərclərdən 980,68 milyon manat çox hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR