Dünya Bankı: Azərbaycan çox böyük nailiyyətlərə imza atıb

Dünya Bankı: Azərbaycan çox böyük nailiyyətlərə imza atıb
# 14 sentyabr 2022 18:33 (UTC +04:00)

Son 30 ildə Azərbaycan çox böyük nailiyyətlərə imza atıb və ölkə bu illər ərzində kreditor ölkəyə çevrilib.

"APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının baş iqtisadçısı Ayhan Kose Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, aşağı gəlirli kateqoriyadan orta gəlirli kateqoriyaya daxil olandan sonra, bir çox ölkələr hiss edirlər ki, orta gəlirli tələyə düşürlər.
"Azərbaycan bu tələyə dusməməlidir. Azərbaycan bu yoldan yayınmalıdır və yüksək gəlirli iqtisadiyyata aparan yolu seçməlidir", - deyə Ayhan Kose qeyd edib.
O həmçinin əlavə edib ki, inkişaf etmiş iqtisadiyyatı yaratmaq üçün güclü, məhsuldar özəl sektor, işlək institutlar və bərabər, dayanıqlı artım çərçivəsi olmalıdır.

"Buna nail olmaq üçün məhsuldarlığın artırılması olduqca vacibdir. Azərbaycanda iqtisadiyyatda dövlətin rolu dəyişməlidir. Dövlət əsaslı artımdan, dövlətin dəstəkləyən artıma çevirmək lazımdır. Bunun dünyada bir çox nümunələri, təcrübələri var. Ümid edirəm ki, Azərbaycan bu yolu seçsə, həmin o orta gəlirli tələyə düşməyəcək",- deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR