Dünya Bankı: Azərbaycanda büdcə profisitinin ÜDM-də payı bu il 9%-dən çox artacaq

Dünya Bankı: Azərbaycanda büdcə profisitinin ÜDM-də payı bu il 9%-dən çox artacaq
# 05 oktyabr 2022 14:14 (UTC +04:00)

Dünya Bankı (DB) Azərbaycanda büdcə profisitinin ümumdaxili məhsulda (ÜDM) payı ilə bağlı proqnozunu açıqlayıb.

"APA-Economics" Bankın “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatına əsasən xəbər verir ki, bu il büdcə profisitinin ÜDM-də payı 9,3% təşkil edəcək.

Dünya Bankının proqnozuna görə, bu göstərici üzrə dinamika 2023 və 2024-cü illərdə azalacaq.

Belə ki, DB büdcə profisitinin ÜDM-də payının gələn il 4,3%, 2024-cü il üzrə isə 2,3% artacağını proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR