Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib
# 07 iyun 2022 18:34 (UTC +04:00)

Dünya Bankı (DB) 2022 və 2023-cü illər üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını sabit saxlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə DB-nin “Qlobal İqtisadi Perspektivlər” hesabatının iyun sayında qeyd edilib.

Belə ki, DB Azərbaycanın bu il iqtisadi artımı ilə bağlı proqnozunu dəyişməyərək 2,7% müəyyən edib. Gələn il üçün bu göstərici 2,2% təsdiqlənib.

2024-cü ildə isə Azərbaycanda ÜDM-in artımı təşkilat tərəfindən 2,3% civarında proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR