Dünya Bankı Azərbaycanda PEFA üzrə diqqət ayrılacaq sahələri açıqlayıb

Dünya Bankı Azərbaycanda PEFA üzrə diqqət ayrılacaq sahələri açıqlayıb
# 22 fevral 2023 15:31 (UTC +04:00)

Dünya Bankı Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) üzrə Azərbaycanda 2021-2026-cı illərdə diqqət ayrılacaq sahələri açıqlayıb.

"APA-Economics" Banka istinadən xəbər verir ki, PEFA üzrə makro və fiskal proqnozlaşdırma, fiskal strategiya, büdcə təsnifatı sahələrinə diqqət yetiriləcək. Digər iki istiqamət isə dövlət xidmətinin göstərilməsi üçün nəticələrlə bağlı məlumatlar və dövlət xidmətlərinin göstərilməsində orta müddətli perspektivlərlə bağlıdır.

Bildirilib ki, dövlət maliyyəsinin idarəedilməsi ilə bağlı islahatların məqsədi dövlət gəlirləri, xərcləri, aktivləri və öhdəliklərinin daha şəffaf, effektiv və səmərəli idarə olunmasına nail olmaqdır.

Qeyd edək ki, Azərbaycanda PEFA 2014-cü ildə həyata keçirilib. 2021-ci ildə Orta Müddətli Xərclər Çərçivəsinin Potensialının Gücləndirilməsi Proqramı çərçivəsində PEFA metodologiyasından istifadə etməklə ilkin qiymətləndirmə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR