Dünya Bankı Azərbaycanın əmanətlərin sığortalanması sistemini müsbət qiymətləndirib

Dünya Bankı Azərbaycanın əmanətlərin sığortalanması sistemini müsbət qiymətləndirib
  • Clock-gray 17:22
  • calendar-gray 23 Sentyabr 2019

Azərbaycanın əmanətlərin sığortalanması sistemi regional çərçivədə müsbət praktika kimi qiymətləndirilir.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasi müzakirələrdə iştirak edən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən deyib.

Onun sözlərinə görə, bununla yanaşı, dəyişikliklər, hələ ki, gələcək qanunvericilik təşəbbüsündə öz sözünü deməyib, çünki qanunvericilik sahəsində müəyyən boşluqlar mövcuddur və onların aradan qaldırılmasına ehtiyac duyulur.

"Biz bu sahədə işləri ən mütərəqqi, qabaqcıl beynəlxalq təcrübələrə əsasən həyata keçirə bilərik. Ümumiyyətlə, fond qərarların verilməsində tam sərbəst, muxtar rejimə malik olmalıdır. Təbii ki, hər bir ölkənin öz xüsusiyyətləri və özəllikləri var", - deyə N. Həsən əlavə edib.

Dünya Bankının rəsmisi onu da bildirib ki, Azərbaycan xarici məsləhətlərə açıq olmaqla yanaşı, ən mürəkkəb islahatları tətbiq etməyə hazırdır və xarici qurumların təsisatlarında dəstəyini layiqincə istifadə edir: "Biz də öz növbəmizdə ölkənin bu sahədə apardığı islahatları, təşəbbüslərini “Douing Business” reytinqində dəyərləndirmişik. Bununla belə, hələ də görüləcək işlər çoxdur və qeyd etmək istəyirəm ki, biz Dünya Bankı olaraq gərgin əməyi təqdir edir və hər zaman Azərbaycan hökumətinə, Azərbaycan xalqına öz inkişaf cığırında dəstək göstərməyə daim hazırıq.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date