Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
# 11 yanvar 2023 10:02 (UTC +04:00)

Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında bildirilib. Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,8% təşkil edəcək. Bu isə Dünya Bankının 2022-ci ilin iyun proqnozu ilə müqayisədə 0,6% çoxdur.

Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqitsadiyyatının ötən proqnoza nisbətən 0,3% çox, yəni 2,6% artacağını müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR