Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
# 04 oktyabr 2022 17:35 (UTC +04:00)

Dünya Bankı (DB) Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında qeyd edilib.

Dünya Bankı iyun proqnozu ilə müqayisədə 2022-ci il üçün ümumi daxili məhsul (ÜDM) istehsalının artım proqnozunu 1,5% artıraraq 4,2 % müəyyən edib.

Bank 2023-cü il üzrə iqtisadi artım proqnozunu isə 0,6% yaxşılaşdıraraq 2,8 %-ə çatdırıb. Dünya Bankı 2024-cü ildə isə Azərbaycan iqtisadiyyatının 2,6 % artacağını proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR