Dünya Bankı Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozunu yeniləyib

Dünya Bankı Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozunu yeniləyib
# 06 iyun 2023 18:57 (UTC +04:00)

Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında bildirilib.

Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2% təşkil edəcək. Bu isə Dünya Bankının 2023-cü ilin yanvar proqnozu ilə müqayisədə 0,6% azdır. Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1% az, yəni 2,5%, 2025-ci ildə isə 2,6% artacağını müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR