Dünya Bankı: Azərbaycanın xarici ticarət profisiti ÜDM-in 20%-nə çatıb

Dünya Bankı: Azərbaycanın xarici ticarət profisiti ÜDM-in 20%-nə çatıb
# 20 may 2023 12:18 (UTC +04:00)

Yüksək enerji qiymətləri Azərbaycanın xarici ticarət profisitini ÜDM-in 20%-nə çatdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan üzrə yeni aylıq iqtisadi bülletenində bildirilib.

"Enerji ixracı hesabına ticarət profisiti fevralda ÜDM-in 16,8%-dən mart ayında ÜDM-in 20%-nə yüksəlib. İxrac mart ayında illik müqayisədə 60% artıb. Neft-kimya ixracının azalması səbəbindən qeyri-enerji ixracı 2% azalıb" -Dünya Bankının şərhində bildirilib.

Qeyd edilib ki, 2023-cü ilin birinci rübündə iqtisadiyyat illik ifadədə 0,4% artıb. İnflyasiya illik ifadədə yüksək, 13,7% səviyəsində qalıb. Buna cavab olaraq Mərkəzi Bank baza uçot dərəcəsini 9%-ə qaldırıb.

Dünya Bankının hesabatında əlavə edilib ki, cari xərclərin artımı səbəbindən mart ayında büdcədə kəsir qeydə alınıb: "Büdcədə mart ayında ÜDM-in 1,6%-i nisbətində kəsir yaranıb. 2023-cü ilin 1-ci rübündə isə büdcə profisiti ÜDM-in 5,7 faizinə kimi azalıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR