Dünya Bankı neftin orta qiyməti üzrə proqnozunu dəyişməyib

Dünya Bankı neftin orta qiyməti üzrə proqnozunu dəyişməyib
# 12 yanvar 2022 10:14 (UTC +04:00)

Dünya Bankının hesablamalarına görə, 2021-ci ildə qlobal bazarda xam neftin bir barelinin orta qiyməti 69 ABŞ dolları təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 67% çoxdur.

"APA-Economics"in Dünya Bankının "Global Economic Prospects" adlı yanvar hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə sözügedən göstəricinin 74 dollar təşkil edəcəyi və qlobal tədarükün bərpası fonunda 2023-cü ildə isə orta qiymətin 65 dollara enəcəyi proqnozlaşdırılır. Hər iki proqnoz dəyişməz olaraq saxlanılıb. Belə ki, Dünya Bankı ötən ilin oktyabr ayında da analoji proqnozları dərc edib.

Dünya Bankı bildirir ki, "Omicron" ştamının səbəb olduğu COVID-19-a yoluxma hallarının artmasının hazırda neft tələbinə təvazökar, müvəqqəti təsir göstərəcəyi gözlənilir, çünki pandemiyaya qarşı mübarizə tədbirləri yumşaldılıb.

Qeyd edək ki, hesabatda neftin orta qiyməti kimi, "Brent", "Dubai" və WTI markalı neftlərin orta qiymətləri götürülür. Hazırda "Brent" 83,8 dollara, WTI 81,4 dollara, "Dubai" markalı neft isə 78,9 dollara ticarət olunur.

Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 50 dollar nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR